Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 03:52
Bakı. Trend:
Ən azı 3 nəfər Kolumbiyanın qərbində baş verən sürüşmənin qurbanı oldu.
Trend-in məlumatına görə, bu barədə Efe Eme radiostansiyası bildirib.
Məlumata əsasən, hadisə səhər Arçeliya bələdiyyəsində baş verib. Güclü yağışlar torpaq sürüşməsi nəticəsində 3 nəfərin yerindəcə ölməsinə, daha bir nəfərin yaralanmasına səbəb olub.
Bir neçə evin dağıldığı qeyd olunur. Hadisə yerində xilasedicilər işləyir.