Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 12:08
Zlatan İbrahimoviçin növbəti mövsümdə "Milan"da qalması klubun baş məşqçi ilə bağlı qərarından asılıdır.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, təcrübəli forvard yalnız bir şərtlə İtaliya klubunda qalacaq ki, rəhbərlik indiki baş məşqçi Stefano Piolini postunda saxlasın. Əks halda o, bu yay sözügedən komandadan ayrılacaq.
Qeyd edək ki, İbrahimoviçin "Milan"la müqaviləsi bu ilin yayına qədərdir. Hazırda A Seriyası koronavirus pandemiyasına görə yarımçıq dayandırıldığından, Zlatan da ölkəsi İsveçə dönüb və sahibi olduğu Hammarby klubu ilə məşq edir.