Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada futbolçular fərdi məşqlərə başlayır – Tarix bilindi

İtaliyada futbolçular fərdi məşqlərə başlayır – Tarix bilindi

Tarix: 26 Aprel 2020 15:10

Mayın 4-dən başlayaraq, İtaliyada karantin rejimi yumşaldılmağa başlayacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə ölkəin baş naziri Cüzeppe Konte məlumat verib. “La Reppublica” nəşri yazır ki, idman naziri Vinçenso Spadafora həmin tarixdən aktiv idman həyatının başlayacağını güman edir.

Məlumata görə, 4 maydan başlayaraq, idmançılar fərdi qaydada məşq edə biləcəklər. Qrup məşqlərinin isə 18 maydan başlanması nəzərdə tutulur.

Futbol çempionatının bərpası tarixi ilə bağlı hələlik qərar yoxdur. Amma oyunların azarkeşlərin iştirakı olmadan keçiriləcəyi dəqiqləşib.

 


Etiketlər:  İtaliyada futbolçular fərdi məşqlərə başlayır Tarix bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ