Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 22:51
Tədqiqatçılar güclü asılılıq yaradan qidaların adlarını açıqlayıblar.
Sonxeber.net xəbər verir ki, Miçiqan Universitetinin tədqiqatçıları 120 tələbə arasında araşdırma aparıb.
Tələbələrə 35 fərqli qidadan istədiklərini seçmək və "Yale Qida Asılılığı Şkalası"nı doldurmaq tapşırılıb.
Siyahıya liderliyi şokolad, dondurma, kartof qızartması, pizza, peçenye, çipsi, popkorn və çizburqer edib.
Qızılbalıq, qəhvəyi düyü, xiyar və brokkoli isə asılılıq yaratmayan məhsullar arasında yer alıb.
Elm adamları qeyd edib ki, asılılıq yaradan qidaların ümumi tərkibi var - karbohidratlar və yağlar.
Beləliklə, mütəxəssislər erkən yaşlarda insan beyninin yeməkdən aldığı ləzzəti xatırladığı qənaətinə gəliblər.
Məhz buna görə yetkinlik dövründə bizə ilk dad hissini xatırladan bənzər məhsulları xoşlayırıq. (publika.az)