Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik: Bu günədək 400 min şəxs üçün birdəfəlik ödəniş köçürülüb - FOTO

Nazirlik: Bu günədək 400 min şəxs üçün birdəfəlik ödəniş köçürülüb - FOTO

Tarix: 27 Aprel 2020 14:02

Bu günədək artıq 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı prosesi davam edir.

Birdəfəlik ödəmə təyin edilən şəxsə qeydiyyata alınan zaman qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir və o, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda "Azərpoçt" MMC qeyd edilirsə, istənilən poçt şöbəsinə, bank göstərilirsə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülmüş birdəfəlik ödəməni əldə edir.

Bu günədək artıq 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.


Etiketlər:  Nazirlik günədək şəxs üçün birdəfəlik ödəniş köçürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ