Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 15:40
ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Nazim Pişyari olub.
Sonxeber.net bildirir ki, Nazim Pişyari karantin günlərində "toylar yoxdursa, müğənnilər necə dolanır?" sualına aydınlıq gətirib:
"Biz müğənnilər vergi ödəyicisiyik. Yəni azad sahibkar sayılırıq. Dövlətimizin bizlərə yardımı oldu. Şəxsən mən bir vergi ödəyicisi kimi 1000 manata yaxın yardım aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidilərsə, onlar də dövlətimiz tərəfindən yardım alıb. Dövlətin azad sahibkarlara dəstəyi var. Kim vergi ödəmirsə vay onun öz halına".