Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 23:24
Bakı. Trend:
Fransada epidemiyanın başlanmasından bəri yeni bir növ koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayı 23 293 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdindəki "Sante publique France" agentliyinin səhifəsində məlumat verilib.
Verilən məlumata görə, ölənlərin sayı sutkada 437 nəfər artıb. Bunların arasında 14,5 min nəfər xəstəxanalarda ölüb, daha 8,8 min xəstəliklə əlaqəli ölüm halları sosial və tibbi müəssisələrdə təsdiq edilib.
Fransada koronavirusa yoluxma hallarının ümumi sayı son 24 saat ərzində 3 764 nəfər artaraq 128 339 nəfərə çatıb.