Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' və ''Barselona''nın zərəri nə qədər olacaq?

''Real'' və ''Barselona''nın zərəri nə qədər olacaq?

Tarix: 28 Aprel 2020 10:52

La Liqada mövsüm azarkeşsiz davam etsə, klubların nə qədər maddi ziyana uğrayacaqları bəlli olub.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, ən çox itki "Real" və "Barselona"da olacaq.

Məlumata görə, hazırda 2019-20 və 2020-21 mövsümlərinin azarkeşsiz davam edəcəyi müzakirə edilir. Bu halda isə sponsor və bilet gəlirlərindən klublar ümumən 1,6 milyard avro zərərə uğrayacaqlar.

Maliyyə böhranından ən çox ziyan görən isə "Real" və "Barselona" olacaq. Belə ki, bu halda hər iki klubun da 300-400 milyon avro itirəcəyi bildirilir.

Qeyd edək ki, La Liqa prezidenti Xabier Tebas İspaniyada futbolun dekabrın 5-nə qədər azarkeşsiz keçiriləcəyini açıqlayıb.


Etiketlər:  Real Barselonanın zərəri qədər olacaq


RƏYLƏR