Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 00:24
"Arsenal"ın futbolçusu Məsut Özil Bakı Olimpiya Stadionunda keçirilən Avroliqanın finalında baş məşqçisi Unai Emerini sərt tənqid edib.
Qol.az-ın "Hürriyət"ə istinadən yaydığı xəbərə görə, 77-ci dəqiqədə əvəzlənən türkəsilli yarımmüdafiəçi ehtiyat oyunçular skamyasında oturan zaman ispan mütəxəssisdən narazılığını ifadə edib. Onun həmin vaxt Emeriyə “Vallah, sən məşqçi deyilsən” dediyi bildirilib.
Qeyd edək ki, "Arsenal" finalda "Çelsi"yə 1:4 hesabı ilə uduzub.
Əlavə edək ki, London klubunun Özili satacağı iddia olunur.