Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orta sinifli smartfonlar üçün “Quick Charge 3 ” texnologiyası nümayiş olunub

Orta sinifli smartfonlar üçün “Quick Charge 3 ” texnologiyası nümayiş olunub

Tarix: 28 Aprel 2020 15:06

“Qualcomm” şirkəti nisbətən ucuz qurğular üçün yeni “Quick Charge 3 ” sürətli enerjidoldurma texnologiyasını təqdim edib. Bu enerjidoldurma növü ilə təchiz edilən ilk qurğu aprelin 27-də Çində nümayiş olunan “Xiaomi Mi 10 Lite Zoom” (digər adı Xiaomi Mi 10 Youth) smartfonu olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWS.ru” resursuna istinadən yazır ki, əvvəlki nəsil texnologiya ilə müqayisədə “Quick Charge 3 ” 35 faiz daha sürətlidir. “Qualcomm” nümayəndələrinin sözlərinə görə, yeni texnologiya 15 dəqiqəyə smartfonun batareyasını 50 faiz enerji ilə doldurmağa imkan verir. O, sürətə görə mövcud “Quick Charge 4 ” texnologiyası ilə eynilik təşkil edir. Bundan başqa, yeni texnologiya yüksək effektivlik səviyyəsi təqdim edir ki, bu da enerji ilə doldurma zamanı batareyanın qızma səviyyəsinin 9°C azalmasına təsir göstərir.

 

Enerji qurğusunda “USB-C” portunun mövcudluğunu tələb edən “Quick Charge 4 ” texnologiyasından fərqli olaraq yeni “Quick Charge 3 ” sürətli enerjidoldurmanı daha ucuz “USB-A” çıxışı vasitəsilə təmin edə bilir. Texnologiya 20 mV addımlı genişlənən gərginliyi dəstəkləyən bütün aksesuarların “USB-A” və “USB-C2 portları və enerjidoldurma kabelləri ilə işləyir. Bundan əlavə, “Quick Charge 2.0/3.0” texnologiyalarını dəstəkləyən qurğularla əks-uyğunluq təklif olunur.

 

“Quick Charge 3 ” əvvəlcə orta sinifli “Snapdragon 765” və “765G” prosessorlarına quraşdırılacaq. Texnologiyanı, həmçinin bu il nümayişi gözlənilən gələcək “Qualcomm” mobil platformaları dəstəkləyəcək.

 

Nizam Nuriyev




Etiketlər:  Orta sinifli smartfonlar üçün Quick Charge texnologiyası nümayiş olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ