Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk Şurasına üzv ölkələr tərəfindən pandemiya ilə mübarizə məqsədilə Xüsusi Əməkdaşlıq Mexanizmi yaradıldı (FOTO)

Türk Şurasına üzv ölkələr tərəfindən pandemiya ilə mübarizə məqsədilə Xüsusi Əməkdaşlıq Mexanizmi yaradıldı (FOTO)

Tarix: 28 Aprel 2020 17:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin səhiyyə nazirləri səviyyəsində bu gün keçirilən görüşdə Türk Şurasının Sammitində qəbul edilən Bakı bəyannaməsinin müddəalarının yerinə yetirilməsinə dair qərarlar qəbul edilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu qərarlara uyğun olaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq qurulsun və Tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrup yaradılacaq. COVİD-19 pandemiyası və digər təhlükəli infeksiyalara qarşı mübarizədə profilaktika, diaqnostika, müalicə, epidemioloji nəzarət, elmi araşdırmalar sahəsində məlumat və təcrübə mübadiləsi genişləndiriləcək. COVİD-19 və digər təhlükəli infeksiyalar üzrə əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi məqsədi ilə üzv/müşahidəçi dövlətlərin aidiyyəti nazirliklərinin ekspertlərindən ibarət Xüsusi Əməkdaşlıq Mexanizmi yaradılsın və onun fəaliyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi vasitəsilə tənzimlənəcək.

Pandemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlar ilə bağlı ehtiyacların qiymətləndilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadiləsi aparılacaq. Təhlükəli infeksiyaların müalicə və profilaktikasında yeni metodların, o cümlədən, müvafiq vaksin, farmakoloji məhsulların və müalicə sxemlərinin hazırlanması sahəsində birgə əməkdaşlıq inkişaf etdiriləcək. COVİD-19 və digər təhlükəli infeksiyalar üzrə tibb mütəxəssisləri üçün bilik və bacarıqların inkişafı proqramlarının tətbiqi, eləcə də onlayn-təlimlər təşkil ediləcək.

Türk Şurasına üzv ölkələr tərəfindən pandemiya ilə mübarizə məqsədilə Xüsusi Əməkdaşlıq Mexanizmi yaradıldı (FOTO) - Gallery Image Türk Şurasına üzv ölkələr tərəfindən pandemiya ilə mübarizə məqsədilə Xüsusi Əməkdaşlıq Mexanizmi yaradıldı (FOTO) - Gallery Image Türk Şurasına üzv ölkələr tərəfindən pandemiya ilə mübarizə məqsədilə Xüsusi Əməkdaşlıq Mexanizmi yaradıldı (FOTO) - Gallery Image


Etiketlər:  Türk Şurasına üzv ölkələr tərəfindən pandemiya ilə mübarizə məqsədilə Xüsusi Əməkdaşlıq Mexanizmi yaradıldı FOTO


RƏYLƏR