Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 08:32
Bakı. Trend:
Meksikanın Federal Polisinin əməkdaşları Çyapas ştatında Mərkəzi Amerikadan olan qeyri-leqal miqrantları daşıyan avtobus aşkar ediblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın Baş prokurorluğundan bildiriblər.
Məlumata əsasən, avtobusda 13 Honduras vətəndaşı, 3 Salvador vətəndaşı, 59 Qvatemala vətəndaşı olub.
Bildirilir ki, avtobusda olan şəxslərin Meksikada qala bilmələrini təsdiq edən sənəd olmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin