Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 11:04
Bakı. Trend:
Türkiyə Ermənistanla sərhəddə Qars vilayəti ərazisində qızılquşların kütləvi tələfatını araşdıracaq.
Trend-in məlumatına görə, Ermənistanla sərhəddə yerləşən Ayaklı yaşayış məntəqəsində 9 ölü qızılquş aşkar edilib.
İlkin ehtimallara əsasən, bu quşların zəhərləndiyi deyilir. Quşların ölümünü araşdırmaq üçün onların mikrobioloji analizi keçiriləcək.
Analizdən sonra kütləvi tələfatın səbəbləri müəyyən ediləcək.