Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxuda apnoe sindromunun izlənilməsi üçün cihaz təqdim edilib

Yuxuda apnoe sindromunun izlənilməsi üçün cihaz təqdim edilib

Tarix: 29 Aprel 2020 13:57

Fransanın "Withings" elektronika istehsalçısı yuxuda apnoe sindromunun izlənilməsi üçün qurğu təqdim edib. Bu xəstəliyin simptomu insan yatanda onun tənəffüs hərəkətlərinin qısamüddətli dayanmasıdır. Şirkətin nümayəndəsi iddia edir ki, onların sensoru keyfiyyətinə görə xəstəxanalarda quraşdırılmış polisomnoqrafiyadan geri qalmır. Bu haqda "EnGadget" yazır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Withings" şirkəti apnoe sindromunu izləmək üçün "Sleep Analyze" yuxunun təhlili sisteminin yeni versiyasına sensor əlavə edib. Qurğunun iş qabiliyyəti Fransa və Belçikanın xəstəxanalarında apnoe sindromundan əziyyət çəkən pasiyentlər üzərində keçirilmiş bir sıra kliniki sınaqlar çərçivəsində yoxlanılıb.

 

Sensorlar apnoe sindromundan başqa insanın nəfəsini, onun hərəkətini, ürək döyüntülərinin tezliyini və yuxu dövrlərini izləyəcək. Qurğunun əsas məqsədi insanın yuxusunu daha keyfiyyətli etməkdir, bunun üçün "Sleep Analyze" gecə vaxtı insanın vəziyyətinin təhlilindən sonra yuxunun sabitləşməsi üçün tövsiyələr verir.

 

Emil Hüseynov




Etiketlər:  Yuxuda apnoe sindromunun izlənilməsi üçün cihaz təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ