Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 18:20
"Dinamo"nun (Kiyev) Azərbaycan əsilli sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Ukrayna mətbuatına müsahibə verib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, o, başına gəlmiş maraqlı bir hadisəni danışıb:
"Bir dəfə kazinoya getmişdim, bir gecədə 100 min dollar uduzdum. O zaman çempion olmuşduq, mükafatlarım da var idi. Yaxşı pul qazanmışdım. Onun üçün də kazinoya getdim. Düzdür, içki qəbul etmirəm, ancaq yenə də belə bir səhv etdim. Axşam saat yeddidə girib, günorta 12-də çıxmışdım. Bayıra çıxanda artıq yüz min getmişdi. Əlbətdə ki, çox üzücü idi. Dörd gün yata bilməmişdim".
Qeyd edək ki, Əliyev Kiyevin meri olmaq istədiyini açıqlayıb.