Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 19:04
Koronavirusun ən çox yayıldığı Avropa ölkələrindən biri olan İspaniyada futbolun yenidən başlamasına qərar verilib.
Qol.az İspaniya mətbuatına istinadən xəbərə görə, 4 mərhələli bir planla çıxış edəcək ölkə 5-12 iyun tarixləri arasında liqaya yenidən başlamağı hədəfləyir. İspaniyanın baş naziri Pedro Sançesin açıqladığı tədbirlərə uyğun olaraq, futbolçulara mayın 4-dən fərdi məşqlərə başlamasına icazə veriləcək.
Mayın 18-dək fərdi məşqlərin ediləcəyi ölkədə bundan sonra qrup halında məşqlərə başlanacaq. İyunun 1-də komandalar hazırlıqlarını tam heyət olaraq davam etdirəcəklər.
Plana uyğun olaraq liqaların 5-12 iyun tarixləri arasında başlaması gözlənilir.
La Liga prezidenti Xavyer Tebas isə görüşlərin azarkeşsiz keçiriləcəyini söyləyib: "Digər ölkələrdə komandalar məşqlərə başladılar. İspaniyada futbol digər ölkələrdəki kimi önəmli iqtisadi gücdür".