Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 23:12
Bakı. Trend:
Koronavirus pandemiyası səbəbindən may ayının sonlarına planlaşdırılan Tiflis Beynəlxalq Buktreyler Festivalı onlayn olaraq keçiriləcək.
Bu barədə Trend gürcü KİV-lərinə istinadən xəbər verir.
Gürcüstan Naşirləri və Kitab Satıcıları Birliyindən verilən məlumata görə, virtual festival mayın 30 və 31-də "Facebook" sosial şəbəkəsində keçiriləcək. Təşkilatçılar onlayn yarmarkada xüsusi proqram və kitablara endirimlər vəd edirlər.
Ölkənin əsas ədəbi hadisələrindən biri olan 22-ci Tiflis Beynəlxalq Kitab Festivalı özü payıza təxirə salınıb. Təşkilatçıların sözlərinə görə, bu festival 24-27 sentyabr 2020-ci il tarixində ənənəvi bir yerdə - "Expo Georgia" sərgi mərkəzində keçiriləcək.