Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 07:56
Bakı. Trend:
Norveç 2020-ci ilin iyunundan dekabra qədər neft hasilatını azaltmaq niyyətindədir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin neft və enerji naziri Tina Bru açıqlama verib.
"İyun ayında biz gündəlik neft hasilatını gündə 250 min barel/sutkaya (b/s), 2020-ci ilin ikinci yarısında isə 134 min b/s azaldacağıq", - nazir hökumətin saytında dərc edilən şərhdə bildirib. T.Bru həmçinin əlavə edib ki, bir sıra yeni yataqların kəşfi 2021-ci ilə qədər təxirə salınacaq.
"Beləliklə, Norveçdə ümumi neft hasilatı 2020-ci ilin dekabr ayında əvvəlcədən planlaşdırıldığından 300 min b/s az olacaq", - nazir əlavə edib və neft hasilatının azaldılması kvotalarının şirkətlər arasında bərabər paylanacağın bildirib.