Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi (FOTO)

Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi (FOTO)

Tarix: 30 Aprel 2020 11:09

Bakı. Samir Əli - Trend:

Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib.

Qeyd edilib ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağdaş şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 40 yaşlı İlqar Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı sellofan və kağız bükümlərdə satış məqsədi ilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, heroin, psixotrop maddə metamfetamin və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində İ.Məmmədov barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi (FOTO) - Gallery Image Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi (FOTO) - Gallery Image Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi (FOTO) - Gallery Image Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi (FOTO) - Gallery Image Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi (FOTO) - Gallery Image Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi (FOTO) - Gallery Image


Etiketlər:  Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ