Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 11:58
FourFourTwo jurnalı futbolun tarixinin ən yaxşı məşqçilərinin siyahısını dərc edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergüsson qərarlaşıb. Runis Mixel 2-ci, Yohan Kroyf 3-cü olub.
Jurnalın versiyasına görə, futbol tarixinin ən yaxşı 10 məşqçisi aşağıda adları qeyd olunanlardır:
1. Aleks Fergüssson ("Aberdin", Şotlandiya millisi, "Mançester Yunayted");
2. Rinus Mixels ("Ayaks", "Barselona", Niderland millisi, "Köln", "Bayer")
3. Yohan Kroyff ("Ayaks", "Barselona")
4. Bil Şenkli ("Liverpul")
5. Pep Qvardiola ("Barselona", "Bavariya", "Mançester Siti")
6. Arriqo Sakki ("Parma", "Milan", İtaliya millisi, "Atletiko")
7. Mett Basbi ("Mançester Yunayted", Şotlandiya millisi)
8. Elenio Errera ("Atletiko", "Sevilya", "Barselona", İspaniya millisi, "İnter", İtaliya millisi, "Roma")
9. Ernst Xappel ("Den Xaaq", "Feyenoord", "Sevilya", "Brüqqe", Niderland millisi, "Standard", "Hamburq", Avstriya millisi)
10. Valeriy Lobanovskiy ("Dnepr", Kiyev "Dinamo"su, SSRİ yığması, Ukrayna millisi)