Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 12:51
Bakı. İlhamə İsabalayeva – Trend:
Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni TV”yə müsahibə verərkən deyib.
Onun sözlərinə görə, əslində, hər il dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayır:
“Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək”.