Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikroorqanizmlərin Marsda yaşaya biləcəyi sübut olundu

Mikroorqanizmlərin Marsda yaşaya biləcəyi sübut olundu

Tarix: 30 Aprel 2020 20:40

Mikroblar həm Mars, həm də Venera planetində yaşaya bilər.

Rusiyada elm adamları mikrobların digər planetlərdə, əsasən də Mars və Venera da yaşaya bildiklərini sübut ediblər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, mikroorqanizmlərin digər planetlərdə yaşamasını sübut etmək üçün alimlər aşağı temperatur və təzyiq şəraitində quru torpağın mikromisetlərinə radiasiyanın təsirini təhlil ediblər.

Nəticədə məlum olub ki, radiasiyanın təsiri mikroorqanizmlərin ölümünə səbəb olmur.

Təcrübə çərçivəsində rus mütəxəssislər Arktikada toplanan mikroorqanizmlərin radiasiya təsiri altında yaşamaq qabiliyyətini, həmçinin Mars üçün xarakterik olan mənfi 50 dərəcə temperaturu araşdırıblar. Bu zaman məlum olub ki, Marsın simulyasiya edilmiş şəraitində bakteriyalara ciddi ziyan dəyməyib.


Etiketlər:  Mikroorqanizmlərin Marsda yaşaya biləcəyi sübut olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ