Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 20:44
Bakı. Trend:
Koronavirus pandemiyası səbəbindən Türkiyənin "Fənərbağça" klubunun bəzi futbolçulara ümumən 130 milyon avro dəyərində borcu yaranıb.
Trend-in məlumatına görə, ötən mövsümdən yerli futbolçulara 60 milyon avro, yəni 450 milyon türk lirəsindən çox məbləğ ödənilməyib.
Bu ildən yaranan iqtisadi çətinliklər, eləcə də son 3 ayda futbolçuların məvacibi verilmədiyindən klubun borcu 130 milyon avroya çatıb. Müqaviləyə əsasən bu pulu öz sahiblərinə ödəmək üçün “Fənərbağça”nın 2 ay vaxtı qalıb.