Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 23:40
Yaponiyanın kamera istehsal edən assosiasiyası CIPA nümayəndələri rəqəmsal kamera bazarının ötən illə müqayisədə "çökdüyünü" bildiriblər. Qeyd edək ki, CIPA assosiasiyası özündə Canon, Fujifilm, Nikon, Olympus, Panasonic, Ricoh, Sony və digər şirkətlərini birləşdirir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda sözügedən şirkətin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, bütün növ rəqəmsal kameraların satışı 1 milyon 251 min 2 ədəd, yəni 47,8% azalıb.
Dəyişdirilən linzaları olan kameralardan isə 276 min 356 ədəd satılıb ki, bu da əvvəlki ildəki göstəricinin 42,6%-dir.
Hesabatda aynalı və aynasız kameraların satışı da yer alıb. Birincisi 121 min 283 ədəd, ikincisi 155 min 73 ədəd satılıb.