Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada sanitar pasportların tətbiqi təklif olunur

Fransada sanitar pasportların tətbiqi təklif olunur

Tarix: 1 May 2020 14:04

Bakı. Trend:

Fransanın Nitsa şəhərinin meri Kristian Estrozi ölkənin Baş naziri Eduar Filippə Fransaya giriş-çıxış məqsədilə “sanitar pasportlar”ın tətbiq olunmasını təklif edib.

Trend-in məlumatına görə, təklifə əsasən Fransa ərazisinə daxil olmaq və ölkəni tərk etmək üçün səhayətdən 48 saat əvvəl keçirilən koronavirus testinin nəticəsi pasportda qeyd olunmalıdır.

Bu, Fransanın sərhədyanı ərazilərdə nəzarətin gücləndirilməsi məqsədi daşıyır.

Nitsa meri əlavə edib ki, mayın 1-dən başlayaraq məhdudiyyət tədbirlərinə əməl olunmasına nəzarət daha da gücləndiriləcək. O bildirib ki, hər gün polis əməkdaşları qaydaların pozulmasına görə 500-dək cərimə yazır.

Bunun üçün videokameraların, eləcə də helikopter və dronların vasitəsilə nəzarətin artırılacağı deyilir.


Etiketlər:  Fransada sanitar pasportların tətbiqi təklif olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ