Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hacıqabulda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Hacıqabulda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Tarix: 1 May 2020 17:18

Bakı. Samir Əli - Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Atbulaq kənd sakini Nuran Baxşaliyev saxlanılıb.

N.Baxşaliyevə məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həmin ərazidə aqrotexniki qaydada qulluq edilmiş 30 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir


Etiketlər:  Hacıqabulda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ