Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 20:04
UEFA-nın Uşaq Fondunun koronavirus pandemiyasına görə elan olunmuş karantində azyaşlı futbolçular üçün təşkil etdiyi "Çempion müəllimlər" rubrikasınının növbəti buraxılışı olub.
Sonxeber.net sportal.az-a istinadənxəbər verir ki, rubrikanın növbəti buraxılışında Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev, Belçika millisinin baş məşqçisi Roberto Martines, "Qızıl top" mükafatının sahibi, almaniyal qadın futbolçu Nadine Kessler və "Astana"nın oyunçusu Abay Yunusov qonaq olub.
Qara Qarayev videoçarxda özü və karyerası barədə qısa bilgi verib. 27 yaşlı futbolçu Azərbaycanın tanınmış şairlərindən olan Bəxtiyar Vahabzadənin "Ömür", Mikayıl Müşfiqin "Həyat sevgisi" və Ramiz Rövşənin "Gedək biz olmayan yerə" şeirlərini səsləndirib.