Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 00:36
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 37 nəfər dünyasını dəyişib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 37 xəstə dünyasını dəyişib".
Qeyd edilir ki, şəhərdə koronavirusdan ölənlərin ümumi sayı 695 nəfərə çatıb.