Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Samsung” şirkəti “Galaxy A51 5G” modelini təqdim edib

“Samsung” şirkəti “Galaxy A51 5G” modelini təqdim edib

Tarix: 2 May 2020 07:32

"Samsung" şirkəti "Galaxy A51" smartfonunun "5G" versiyasını təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Samsung Galaxy A51 5G" smartfonu daxili "5G" modemə malik "Exynos 980" prosessoru, həmçinin 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla təchiz edilib. Akkumulyatorun tutumu 4500 milliamper/saat təşkil edir. Aparat 15 vattadək sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

Digər xüsusiyyətlərinə görə "Galaxy A51 5G" versiyası orijinal modellə tamamilə eynidir: 1080p təsvir ölçülü 6,5 düymlük "Super AMOLED" displey və 4 kameradan (48 12 5 5 mp) ibarət blok.

Hələ ki yeni qurğu yalnız Cənubi Koreya sakinləri üçün əlçatandır. "Galaxy A51 5G" smartfonunun dəyəri 810 AZN civarındadır.

Milli.Az


Etiketlər:  Samsung şirkəti Galaxy A51 5G modelini təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ