Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Büdcəli Google Pixel 4a-nın satış tarixi ortaya çıxdı

Büdcəli Google Pixel 4a-nın satış tarixi ortaya çıxdı

Tarix: 2 May 2020 08:16

Büdcəli Google Pixel 4a smartfon modeli barəsində məlumatlar hələ keçən ilin sonunda ortaya çıxmışdı. 1 ay bundan öncə isə internetdə bu smartfonun videoicmalı yayılmışdı. Buna baxmaaraq Google şirkəti Pixel 4a-nı hələ də rəsmi olaraq təqdim etməyib. Smartfon barəsində yeni məlumat alman saytı tərəfindən verilib. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə Almaniyanın Caschys adlı saytı Vodafone Germany-nin daxili materiallarını əldə edib.

Həmin məlumatlarda qeyd edilib ki, sözügedən mobil operatorun istifadəçiləri 22 may tarixindən başlayaraq Pixel 4a-nı əldə edə biləcəklər. Güman edilir ki, satışdan 1 həftə öncə Google şirkəti online təqdimat çərçivəsində Pixel 4a seriyasını təqdim edəcək. Son məlumat sızıntılarına əsasən Pixel 4a smartfonu 5.81 düym OLED ekran, Snapdragon 730 prosessoru, 6 GB RAM, 12.2 MP-lik arxa kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 3080 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən Pixel 4a-nin qiyməti 399$-dan başlayacaq.

Milli.Az


Etiketlər:  Büdcəli Google Pixel 4a nın satış tarixi ortaya çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ