Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple 18 milyon dollar təzminat ödəyəcək

Apple 18 milyon dollar təzminat ödəyəcək

Tarix: 2 May 2020 08:44

Apple şirkəti iOS 6 əməliyyat sistemi vasitəsilə çalışan iPhone modellərində FaceTime tətbiqini bilərəkdən deaktiv etdiyi üçün istifadəçilərə ümümulikdə 18 milyon dollar təzminat ödəməyə razılıq verib. Bu barədə Engadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı kollektiv məhkəmə iddiası Apple şrikətinə qarşı 2017-ci ildə qaldırılmışdı.

Həmin məhkəmə iddiasında qeyd olunmuşdu ki, şirkət iOS 6 əməliyyat sistemi vasitəsilə çalışan iPhone 4 və iPhone 4S modellərində FaceTime tətbiqini bilərəkdən deaktiv edir. Məlumata əsasən şirkət bunu qənaət məqsədi ilə edirdi. Belə ki, Apple FaceTime üçün kənar serverlərdən istifadə edirdi. Bununla yanaşı istifadəçilər qeyd etmişdilər ki, şirkət onları iOS 7-yə kimi yenilənməyə məcbur edir. Ümumi təzminat məbləğinin 18 milyon dollar olmasına baxmayaraq məhkəmə iddiasını qaldırmış hər bir istifadəçi ortalama 3$ əldə edəcək. Vəsaitin əsas hissəsi isə vəkillər ilə məhkəmə proseslərinə ödəniləcək.


Etiketlər:  Apple milyon dollar təzminat ödəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ