Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 16:54
Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxil olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə parlamentin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Onun sözlərinə görə, parlamentin növbəti iclasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimlərinin təyin edilməsi, Bakı Appelyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi haqqında, bir sıra məhkəmələrinin hakimlərinin vəzifədən azad edilməsi haqqında, "Dövlət rüsumu haqqında", Vergi Məcəlləsinə dəyişiklik və digər məsələlər müzakirəyə ediləcək.