Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 21:27
İspaniyanın Dermatologiya Akademiyasının alimləri COVID-19-a yoluxanların dərisindəki dəyişikliklərin araşdırmasını aparıblar.
Tədqiqat zamanı elm adamları 375 xəstənin dərisində baş verən dəyişikləri öyrənib və beş tip dəri səpkisini müəyyən ediblər.
COVID-19-a yoluxanların 19%-nin dərisində yanıq və ya donvurma zamanı yaranan suluqlar şəklində səpkilər olub. Bu tip əsasən cavanlar arasında müşahidə olunub. Səpkilər başlıca olaraq xəstənin əllərində yaranıb.
Respondentlərin 19%-i də qaşınmaya səbəb olan övrə şəklində təzahürlərlə qarşılaşıblar.
Uçuğa oxşayan səpkilər 9%-də müşahidə olunub. Onlar əsasən bədəndə yaranıblar və qaşınma veriblər.
Araşdırılan koronaviruslu xəstələrin əksəriyyəti ləkəli papulozla üzləşiblər. Belə səpkilər çox vaxt ağır xəstələrin bədənində qeydə alınıb.
Əsasən COVID-19-un ağır formalarına yoluxan yaşlılar olmaqla, xəstələrin 6%-nin bədənində livedo (kapilyarların üzə çıxaraq torvari şəkil yaratması - red.) və nekroz (dəri hüceyrələrinin erkən ölməyi - red.) yaranıb.