Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO

Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO

Tarix: 4 May 2020 10:40

Bir sözü ilə şou gündəmini çalxalayan müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə birgə dəm-dəstgahlı məclis qurub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc xanımla 27-ci evlilik ildönümlərini qeyd ediblər.

Cütlük üzərində "27 il" yazılan tortu kəsərək xoşbəxt günlərinin sevincini doğmaları ilə bölüşüblər.

Bu anları Nadir "27 il bir yerdə" başlığı ilə sosial media hesabında paylaşıb.

Diqqət çəkən məqam isə N.Qafarzadənin karantin rejimi qaydalarını yaddan çıxararaq, əməl etməməsi olub. Belə ki, düzənlənən məclisdə evdə beşdən çox insanın kamerada görünməsi sosial məsafə anlayışını darmadağın edib.

Qeyd edək ki, N.Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün Loğman və Əziz adlı oğulları var.


Etiketlər:  Nadir karantin qaydalarını pozub evdə məclis qurdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ