Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 14:24
"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlama verib.
Qol.az xəbər verir ki, o, ilk olaraq Azərbaycandakı karantin rejiminin uzadılmasından danışıb: "Komanda ilə "Zoom" proqramı vasitəsi ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb".
Ə.Ağayev mövsümün bərpa olunacağına inanmadığını deyib: "Komandada özümlə birlikdə təqribən 15 oyunçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu, müəyyən problemlər yaradacaq. İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır.
Mayın 31-də "Sumqayıt"la müqaviləm başa çatacaq və azad oyunçu olacağam. Belə də İsrailə qayıda bilərəm. Bundan başqa, hələ də ödənilməyən maaşlarımız var. Bu, kabus və qeyri-müəyyənlikdir".
28 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, növbəti mövsüm "Sumqayıt"da qalıb-qalmayacağına asılı olmayaraq, mütləq ölkəsinə yollanacaq: "Çünki 1 ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil".