Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 19:56
"Real"ın futbolçusu Luka Yoviç Serbiyadan İspaniyaya qayıdıb.
Qol.az "AS"a istinadən xəbər verir ki, o, bu gün Madridə xüsusi təyyarə ilə gedib. 22 yaşlı hücumçu mövsümün təxirə salınması zamanı İspaniyanı tərk edən "Real"ın yeganə oyunçusu idi.
Qeyd edək ki, Yoviç Serbiyada olarkən karantin qaydasını pozub. Buna görə onun barəsində cinayət işi açılıb.
Xatırladaq ki, Yoviç bu mövsüm La Liqada 15 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.