Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Azərbaycan Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarını alqışlayır

XİN: Azərbaycan Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarını alqışlayır

Tarix: 4 Iyun 2019 21:45

Bakı. Trend:

Xarici İşlər Nazirliyi Fransa Respublikasının Serji-Pontuaz (Cergy-Pontoise) inzibati məhkəməsinin bu ölkənin Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 22 oktyabr 2018-ci il tarixli qeyri-qanuni "saziş"in ləğv olunmasına dair cari ilin 29 may tarixli qərarını alqışlayır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tapdanılmasıdır. Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə isə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.

Yalnız münaqişənin həlli və iki ölkə arasında beynəlxalq tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında davamlı sülhün təmin olunması Ermənistanın müstəqil və dayanıqlı inkişafının təminatı ola bilər. Bütün səylər müstəqil və davamlı inkişafa, tərəqqiyə və rifaha yönəldilməlidir, əksinə deyil.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  XİN Azərbaycan Fransanın Serji Pontuaz inzibati məhkəməsinin qeyri qanuni sazişin ləğv olunmasına dair qərarını alqışlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ