Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 07:32
"Xiaomi" şirkəti onlayn təqdimat zamanı "Redmi Note 9" və "Redmi Note 9 Pro"dan başqa ötənilki "Mi Note 10" smartfonunun "Lite" versiyasını təqdim edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Mi Note 10 Lite" aparatı daxili barmaq izləri skanerinə malik 6,47 düymlük AMOLED displey və "Snapdragon 730G" prosessoru, 5260 milliamper/saat tutumlu akkumulyator və "NFC" modulu ilə təchiz edilib.
Modellər arasında əsas fərq kameralarla bağlıdır. 108 meqapiksellik kamera ilə təchiz edilmiş "Mi Note 10"dan fərqli olaraq "Lite" versiyada 64 meqapiksellik sensor quraşdırılıb. Digər kamera modulları, həmçinin fərqlidir: optik zuma malik iki televikin əvəzinə, 1 ədəd dərinlik datçiki istifadə olunur, genişbucaqlı obyektivin təsvir ölçüsü isə 20 mp-dən 8 mp-dək azaldılıb.
"Xiaomi Mi Note 10 Lite" smartfonunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:
Ekran: 6,47 düymlük "AMOLED", "Full HD+", "HDR10", "Gorilla Glass 5" şüşəsi
Prosessor: "Snapdragon 730G", "Adreno 618" qrafik kartı
Əməli yaddaş: 6/8 QB;
Daxili yaddaş: 64/128 QB
Əsas kamera: 64 mp-lik "Sony IMX686" + 8 mp-lik genişbucaqlı + 2 mp-lik makroobyektiv + 2 mp-lik dərinlik datçiki
Ön kamera: 16 mp
Akkumulyator: 5260 milliamper/saat, 30 vatt sürətli enerjidoldurma
Təhlükəsizlik: ekranın altına quraşdırılmış barmaq izləri skaneri
Rabitə: "Dual 4G VoLTE", "Wi-Fi 802.11 ac" (2.4 QHs + 5 QHs) 2 x 2 MIMO, "Bluetooth 5", "GPS", "NFC", infraqırmızı port
Konnektorlar: "USB Type-C", 3,5 mm