Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda bütün strukturlarda olduğu kimi, məhkəmə sistemində də ciddi islahatlar aparılıb''

''Azərbaycanda bütün strukturlarda olduğu kimi, məhkəmə sistemində də ciddi islahatlar aparılıb''

Tarix: 5 May 2020 11:33

Azərbaycanda bütün strukturlarda olduğu kimi, məhkəmə sistemində də ciddi islahatlar aparılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə hakimlərin təyin edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, baxılmalı olan işlərin çoxluğu məhkəmə sisteminin işində çətinliklər yaradır.

Deputat bildirib ki, bəzi icra başçıları insanların torpaqlarını əlindən alırlar: "Görürük ki, icra başçısı vəzifəyə gələn kimi camaatın torpaqların əlindən alır. Bu hallar indi ortaya çıxır. Vaxtında məhkəmə qərarı olsaydı, indi belə problemlər ortaya çıxmazdı. Bu baxımdan məhkəmələrdə ədalətli qərarın rolu çox böyükdür".

S.Novruzov Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı ədalətsiz qərarlar qəbul etməsinə də toxunub: "Avropa Məhkəməsi ağına-bozuna baxmadan, müzakirə aparmadan qərar verir, ədalət əvəzinə ədalətsizliklə məşğul olur. Avropa Məhkəməsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı kifayət qədər iş var var ki, insanlarımızın bütün fundamental hüquqları, yaşamaq, mülkiyyət hüquqları pozulub, ancaq indiyə qədər Avropa Məhkəməsi bununla bağlı heç bir qərar verməyib. Amma Azərbaycandan bir şikayət gedən kimi ki, mən filankəsin qohumuyam, Əli Kərimliyə işləyirəm, onda mürəkkəb qurumamış Avropa Məhkəməsi qərar qəbul edir".


Etiketlər:  Azərbaycanda bütün strukturlarda olduğu kimi məhkəmə sistemində ciddi islahatlar aparılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ