Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 19:24
Bakı. Elçin Mehdiyev - Trend:
Yanvar-mart aylarında paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,2 faiz azalaraq 187,8 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Trend-ə bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55 faizi hüquqi şəxs statuslu müəssisələrin, 45 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artaraq 104,4 milyon manat olub.