Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millinin baş məşqçisi məvacibinin azaldılmasına razı oldu

Millinin baş məşqçisi məvacibinin azaldılmasına razı oldu

Tarix: 5 May 2020 19:06

Paraqvay yığmasının baş məşqçisi Eduardo Berizzo üç aylıq maaşının bir hissəsindən imtina edib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə Paraqvay Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, argentinalı mütəxəssis koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar aprel, may və iyun ayları üzrə məvacibinin 50 faizinin kəsilməsinə razı olub.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis daha öncə İspaniyanın "Athletic", "Sevilla" və "Celta" klublarını da çalışdırıb.


Etiketlər:  Millinin baş məşqçisi məvacibinin azaldılmasına razı oldu


RƏYLƏR