Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona"nın çempionluğu ədalətsizlik olar" - Kurtua

Tarix: 5 May 2020 19:20

"Real"ın qapıçısı Tibo Kurtua La Liqada bu mövsümün vaxtından əvvəl yekun vurulması variantı haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib ki, mövsüm vaxtından əvvəl başa çatsa, o zaman lider "Barselona" çempionluq hüququna layiq deyil:

"Barselona"dan cəmi iki xal geri qalırıq və çempion ola bilərik. Buna görə mövsümün nəticələri ləğv olunsa, şanslı olmayacağıq.

"Barselona" çempion kimi  elan olunması ədalətsizlik olar. Biz onlarla heç-heçə etdik  və ikinci oyunda qalib gəldik. Bununla da sübut etdik ki, onlardan daha yaxşıyıq. "Barselona"dan cəmi iki xal geridəyik, buna görə belə bir qərarla razı olmazdım".

Milli.Az


Etiketlər:  Barselonanın çempionluğu ədalətsizlik olar Kurtua


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ