Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 12:54
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq 39 nəfərdə İİV infeksiyası aşkarlanıb.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliklə əlaqədar 01.06.2015-ci il tarixdən nikaha daxil olmaq istəyən şəxslərin mütləq tibbi müayinəsi aparılır. Bu müayinə çərçivəsində 2020-ci ilin I rübü ərzində 26 042 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. Müayinə zamanı 39 qan nümunəsində İİV aşkarlanıb.
N.Zülfüqarov əlavə edib ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib.
Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 6012 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 166 nəfərinin müalicəsinə bu ilin I rübü ərzində başlanılıb.