Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birinci vitse-prezident Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə, əqidəsinə sadiqdir - QMİ sədri

Birinci vitse-prezident Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə, əqidəsinə sadiqdir - QMİ sədri

Tarix: 5 Iyun 2019 11:54

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar məclisləri təşkil etməsi, iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə "Təzə Pir" məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə bildirib ki, Prezident İlham Əliyevin, xarici dövlətlərin diplomatlarının, bütün dinlərin nümayəndələrinin Azərbaycanda təşkil olunan iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlığı və multikultural həyatı göstərdi.

QMİ sədri Azərbaycanda dini durumun çox yaxşı olduğunu və dindarlar üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb.

A.Paşazadə dindarlar adından dövlətə təşəkkür etdiyini bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Birinci vitse prezident Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi deməkdir dövlət dininə əqidəsinə sadiqdir QMİ sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ