Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada koronavirusla müalicədə tətbiq edilən dərman və tibbi vasitələr Azərbaycanda da istifadə edilir

Dünyada koronavirusla müalicədə tətbiq edilən dərman və tibbi vasitələr Azərbaycanda da istifadə edilir

Tarix: 6 May 2020 17:38

Hazırda dünyada koronavirusla müalicədə tətbiq edilən bütün dərman və tibbi vasitələr Azərbaycanda da istifadə edilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müalicə işinin təşkili üçün bütün yeniliklərdən istifadə edilir.

Mayın 31-dək karantin rejiminin davam edəcəyini xatırladan Z.Əliyev hazırda yumşaldılma tədbirlərinin tətbiq edildiyini söyləyib: "Dövlət rəhbərliyi də istəməz ki, ölkə davamlı olaraq, karantin rejimində qalsın. Bu, iqtisadi baxımından da müəyyən çətinliklərin yaranmasına səbəb olur. Bu rejimin aradan qaldırılması bizdən asılıdır. Bizim hər birimiz öz məsuliyyətimizi dərk etməliyik. Biz ictimai nəqliyyatda qoruyucu vasitələrdən istifadə edirikmi, evə gəldikdə əllərimizi yuyuruqmu, sosial məsafəni qoruyuruqmu? İlk növbədə bu suallara cavab verməli və onlara əməl etməliyik. Yaşı 65-dən çox olan insanların evdə qalması da məhz onların sağlamlığı üçün atılan tədbirdir".


Etiketlər:  Dünyada koronavirusla müalicədə tətbiq edilən dərman tibbi vasitələr Azərbaycanda istifadə edilir


RƏYLƏR