Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni “Apple MacBook Pro 13” noutbuku təqdim edilib

Yeni “Apple MacBook Pro 13” noutbuku təqdim edilib

Tarix: 7 May 2020 08:44

"Apple" şirkəti 13 düym diaqonallı ekranla təchiz edilən yenilənmiş "MacBook Pro" noutbuklar seriyasını təqdim edib. Yeni modellər şirkətin saytında təsvir olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 16 düymlük "MacBook Pro" və yenilənmiş "MacBook Air" noutbuklarından sonra yeni qurğular "Magic Keyboard" klaviaturası ilə təchiz edilib.

Yeni "MacBook Pro" modellərinin qabaqcıl versiyaları qrafik sürəti 80 faizədək artıran onuncu nəsil "Intel Core" prosessorları ilə təchiz olunub. Həmçinin bir sıra "MacBook Pro 13" modelləri 3733 meqahers takt tezlikli 16 giqabaytlıq sürətli operativ yaddaşla təchiz edilməyə başlayıb. 13 düymlük "MacBook" noutbukları tarixində ilk dəfə olaraq istifadəçilər 32 giqabayt operativ yaddaş tutumlu konfiqurasiya seçə biləcəklər. Bundan başqa, 13 düymlük ekrana malik "MacBook Pro" toplayıcılarının tutumu iki dəfə artırılıb. Hazırda qurğunun ən kiçik versiyası 256 giqabaytlıq SSD toplayıcısı ilə təchiz edilib, toplayıcının maksimal tutumu isə 4 terabayt təşkil edir.

Təqdim edilən noutbuklar ABŞ-da "Apple" şirkətinin ayrı-ayrı mağazalarında bu həftə ərzində 1299 dollardan başlayan qiymətlə satışa çıxarılacaq.

Milli.Az


Etiketlər:  Yeni Apple MacBook Pro 13 noutbuku təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ