Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 13:02
Məlum olduğu kimi, martın 29-dan ölkə ərazisində insanların sıxlığını tənzimləmək məqsədilə bulvar, park və istirahət məkanlarına giriş məhdudlaşdırılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, cari ayın 4-dən etibarən bölgələrdə bu qadağalar ləğv olunsa da, paytaxtda hələ də parklara giriş-çıxışda məhdudiyyətlər var.
Mərkəzdə yerləşən parklara nəzər saldıqda qadağalara əməl olunduğunu görsək də, binaların həyətyanı sahəsində yerləşən istirahət guşələrində məhdudiyyətlərə əməl edilmədiyinin şahidi oluruq.
Belə məkanlardan birində - "Neftçilər" metro stansiyasının yaxınlığında lentə aldığımız kadrlardan göründüyü kimi, vətəndaşlar uşaqları bağlı olan, lentlərlə əhatələnmiş həyətyanı parka oynamağa aparır, sosial məsafə qaydalarını ciddi şəkildə pozurlar.
Sözügedən kadrları təqdim edirik: