Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus səbəbindən ən çox ziyana düşən Türkiyə Super Liqası olacaq

Koronavirus səbəbindən ən çox ziyana düşən Türkiyə Super Liqası olacaq

Tarix: 7 May 2020 17:32

Koronavirus pandemiyası səbəbindən çempionatların dayandırılması klubların və futbolçuların maddi dəyərinə də təsir edəcək.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, liqalar bərpa olunsa da, vaxtından əvvəl yekunlaşdırılsa da, Avropanın ən reytinqli 9 çempionatının dəyəri düşəcək.

Faiz etibarilə ən çox Türkiyə Super Liqası dəyər itkisi ilə üzləşəcək. Fevralda futbolçularının ümumi qiyməti 687 milyon avro olan Super Liqa klubları yarış bərpa olunarsa 536, mövsüm başa çatdırılsa 485 milyon avroluq dəyərə bərabər olacaqlar.

Bu baxımdan ikinci pilləni İspaniya La Liqası tutacaq. Fevralda La Liqa təmsilçiləri 6 milyard 664 milyon avroluq dəyərdə idilərsə, çempionatın bərpası təqdirində bu rəqəm 5 milyard 395 milyona, yekunlaşması zamanı isə 4 milyard 748 milyon avroya düşəcək. 

Klublardan ən çox ziyan "Barselona"ya dəyəcək. Kataloniya klubunun futbolçularının ümumi dəyəri 1 milyard 136 milyon avrodur. La Liqanın qalan oyunları keçirilsə, "Barsa"nın qiyməti 903 milyon, çempionatın başa çatdırılması zamanı isə 808 milyon avro olacaq.

Qeyd edək ki, Avropada Belarus istisna olmaqla, bütün çempionatlar koronavirus pandemiyası səbəbindən dayandırılıb. Fransa və Niderland çempionatları artıq başa çatdırılıb.


Etiketlər:  Koronavirus səbəbindən çox ziyana düşən Türkiyə Super Liqası olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ