Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropanın daha bir ölkəsində futbol bərpa olunur

Avropanın daha bir ölkəsində futbol bərpa olunur

Tarix: 7 May 2020 18:54

Bolqarıstan çempionatının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün bərpa tarixi bəlli olub.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, bu barədə qərarı Bolqarıstan Futbol İttifaqının (BFİ) ekspert qrupu verib.

Çempionat iyunun 5-də bərpa olunacaq. Turnirə iyulun 11-də yekun vurulacaq.

Komandaların məşqlərə mayın ortalarında başlaması planlaşdırılır. Yeni fors-major halların qeydə alınması halında çempionat dayandırılsa, bərpa olunmadan başa çatdırılacaq.

Qeyd edək ki, Bolqarıstanda futbol yarışları martın 13-də dayandırılıb.


Etiketlər:  Avropanın daha ölkəsində futbol bərpa olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ