Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 14:05
Bakı. Trend:
Çinin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə, Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu aprelin 16-dan mayın 6-dək Azərbaycanda olan Çin dili sevərlər üçün "Epidemiya ilə birgə mübarizə aparmaq və çətinlikləri dəf etmək" şüarı altında onlayn Çin xəttatlığı müsabiqəsi keçirdi.
Səfirlikdən Trend-ə verilən məlumata görə, müsabiqəsinin tələblərə görə, iştirak edən əl işləri fırça və ya qələm ilə yazılmalı, mövzuya riayət etməli və canlı forma olmalı və Azərbaycan dili tərcüməsi ilə birgə hazırlanmalıdır. Müsabiqə Konfutsi İnstitutunun tələbələri və Azərbaycanın bütün bölgələrindən olan Çin dili həvəskarları tərəfindən müsbət qarşılandı və 102 əl işi toplandı.
Münsiflər heyəti tərəfindən hərtərəfli yoxlama və qiymətləndirmə zamanı, Sumqayıt şəhəri 11 saylı orta məktəbin doqquzuncu sinif şagirdi 15 yaşlı Əsgərova Məryəmin “Güclü inanc və elmi prafilaktika çətinlikləri dəf etmək üçün eyni gəmidədi” adlı xəttatlıq əsəri birincilik mükafatı qazandı; Bakı şəhərində olan Çin dili həvəskarı Rəfiyeva Könül və Azərbaycan Dillər Universitetinin Çinşünaslıq ixtisasının birinci kurs tələbəsi Abbasova Nərgiz ikincilik qazandı; Azərbaycan Dillər Universitetinin tələbələri Səlimova Fidan və Seyidəliyeva Nuranə, həmçinin Azərbaycan İqtisad Universitetinin məzunu Məmmədova Səidə üçüncü yerə layiq görüldülər. Konfutsi İnstitutu qaliblərə sertifikatlar və mükafatlar verəcəkdir.
Müsabiqə iştirakçıları əsərlərini tamamlamaq üçün bir çox materialla tanış olduqlarını və xəttatlıq obrazlarının yazılarında dəfələrlə yazdıqlarını, bununla da Çin mədəniyyətini, xüsusilə xəttatlıq sənətini ətraflı öyrənməklə yanaşı, COVİD-19 pandemiyasının bütün dünyada yayılması fonunda müsbət əhval-ruhiyyənin qoruyub saxlanılması və çətinlikləri birlikdə dəf edilməsi lazımlığını dərindən hiss etdilər. Çin panemiya ilə mübarizədə dünyaya yaxşı bir nümunə göstərdi. Digər ölkələr bunun üçün Çinə təşəkkür etməli və ondan öyrənməlidirlər.
Bu müsabiqə hazırlıq işlərinin aparılmasında, əsərlərin qiymətləndirilməsində və kütləvi informasiya vasitələrində təbliğində Çinin Azərbaycandakı Səfirliyinin rəhbərliyi tərəfindən güclü dəstəkləndi. Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun pedaqoji heyəti diqqətlə hazırlanaraq, Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinə müsabiqə haqqında elanları fəal şəkildə yaymış, "xəttatlıq müsabiqəsinin nəticələrinin qiymətləndirilməsi Qaydaları"nı dəqiq ifadə edib, Çin dilini öyrənən tələbələri müsabiqədə fəal iştiraka həvəsləndirmiş və böyük diqqətlə onlara məlumatlar verib.
Azərbaycanda "xüsusi karantin rejimi" şəraitində bu müsabiqənin keçirilməsi yalnız Azərbaycan xalqının Çin dilinin öyrənilməsinə marağının artırılmasında, Çin mədəniyyətinin Azərbaycanda yayılmasında deyil, həm də pandemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqi və bəşəriyyətin vahid taley cəmiyyətinin qurulmasında Çinin mühüm təşəbbüslərinin təşviqində böyük əhəmiyyət kəsb edir.